Lyrics

İl ötdü, ay keçdi, çox gözlədim Sevən kəs gözləyər sevgisini Bu gündən, əzizim, səninləyəm Unutma, əbədi sevgimizi Belədir bax bu həyat Belədir bu kainat Səadətini axtarır hər bir insan Hər ömrün hər taleyin Öz hökmü, qisməti var Hər gülün, hər çiçəyin öz ətri var Arzularım ürəyimdə aşıb-daşır Gözəl günlər bizim üçün yaxınlaşır Qüssə, kədər zərrə-zərrə uzaqlaşır Sevən hər bir ürək cavanlaşır Arzularım ürəyimdə aşıb-daşır Gözəl günlər bizim üçün yaxınlaşır Qüssə, kədər zərrə-zərrə uzaqlaşır Hər sevən bir ürək yenidən cavanlaşır Səni tək sevmişəm ömrümdə, inan Bu ömrü sənin üçün yaşayacağam Sənin məhəbbətinə inanıram Bu eşqi, məhəbbəti qoruyaram Sənin mən hər bir nazına dözərəm Sən küsəndə mən özümdən küsərəm Günlərim keçir hədər, dözəcəyəm Həyatda təkcə səni sevəcəyəm Nə gecəm, gündüzüm var Ay sevgilim, getmə, dayan Xəyalımdan çıxmayacaqsan Nə gecəm, gündüzüm var Ay sevgilim Xəyalımdan çıxmayacaqsan
Writer(s): Akif Hüseynov, Xanlar Cəfərov Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out