Music Video

BadClause — Tək Sən (Rəsmi Audio)
Watch {trackName} music video by {artistName}

Featured In

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Performer
COMPOSITION & LYRICS
Mustafa Ozgur
Mustafa Ozgur
Composer
Mirmövsüm Əhmədov
Songwriter
PRODUCTION & ENGINEERING
BADCLAUSE
BADCLAUSE
Producer

Lyrics

İçkili halda, rulda mən, tək tərəfli yolda Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan Fonda isə "Joseph – Manopa", tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma İçkili halda, rulda sən, tək tərəfli yolda Zəng dalıyca zəng, amma baxmırsan telefonuna Masada Xırdalan, Corona, tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma Tüstü-tüstü və musiqi, küskün, üzgün, mən ruh kimi Üç gün, üç gecə yox kimi-kimsəm, kefim pox kimi Səsin fərqli harmoniyada, sanki mən dirijor kimi Artıq elədiyim hər şey ixtiyarsız, rol kimi Qaça-qaça arxanca intizarınla yoruram özümü Göz rənginin fərqli çalarlarında boğuram özümü Axtarmıram çıxış yolu, bura mənim öz qapalı qutumdur Özüm seçmişəm bu sıfırları Fərqi nə başlanğıc, ya da ki, sonumdur? Vur, içək içib-içib qızarana qədər Bacardığın qədər qısa vaxtda gəl Tez dağılışmaq söhbəti də yoxdur Danışmışdıq axı biz o barədə Fərqli içkilər, fərqli badələr Zövq aldığın görüm hər ifadədə Səni görəndə necə gəlirəm özümə Çıxarsa da özümdən bəzi maddələr Dolu-dolu yazıram içi boş həyatımdan Gir qoluma, yum gözün, addımla Dururam, torpaq gedir altımdan Uçuram ulduzların ardıyca Axına əks, ağır nəfəs, acı və qəlizsən, hamıya tərs Bəs nədir belə səni mənə lazım edən? Çəkməmişəm çəkdiyim nazın qədər İçkili halda, rulda mən, tək tərəfli yolda Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan Fonda isə "Joseph – Manopa", tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma İçkili halda, rulda sən, tək tərəfli yolda Zəng dalıyca zəng, amma baxmırsan telefonuna Masada Xırdalan, Corona, tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma Eşidirsən səsimi, hisslərim bəsdirmi? Yenə kiməsə bəhs edir ürək sevgini sən bilib Köksümdə tələsik nəfəslər tükədir səbrimi Dodağıma dəyən heç bir içki zövq vermir sən kimi Yalan, yalan dolub dilinə, yarı qaranlığın içində Yana-yana donub kimsə daxilimdə, qəlbi dinməz Qaçıb yorulmuş kimisən, durma, gəl izimlə Bu cümlələr məni sənə bilmirəm anladır hansı dildə Başa düşə bilmirəm heç bəzən səni Sanki incidirsən qəsdən məni Yandırdım söz dolu dəftərləri Qurbanın elədim, yazığın gəlmədi İçkinin buzun əridir sənin əllərin Üzünə baxıram, unudulur əzbərlərim Sənə qarşı ən kiçik istəyimə, inan Bu günə qədər olan yüz həvəs dəymədi Nə var bu sevginin arxasında? Bəlkə də belə hisslər heç ağıla sığmaz İşdir, yollarımız haçansa ayrılsa, olanları unutma əsla Axına əks, ağır nəfəs, acı və qəlizəm, hamıya tərs Bəs nədir belə məni sənə lazım edən? Lazımınam çəkdiyim nazın qədər, ey! İçkili halda, rulda mən, tək tərəfli yolda Yığışaq 6.45-də, ya Kvadrat-a keçək ordan Fonda isə "Joseph – Manopa", tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma İçkili halda, rulda sən, tək tərəfli yolda Zəng dalıyca zəng, amma baxmırsan telefonuna Masada Xırdalan, Corona, tək sən əskik olma Tək sən əskik olma, tək sən əskik olma
Writer(s): Mustafa Ozgur Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out