Music Video

BadClause — Bir Müddət (ft. Şahin Əlizadə)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Performer
COMPOSITION & LYRICS
Şahin Əlizadə
Composer
Mirmövsüm Əhmədov
Songwriter

Lyrics

Getdi cavanlıq əlimdən Dərdləri ömrün ən gözəl vaxtlarında çəkdim Kədər toxumların qəlbimin ən münbit torpaqlarında əkdim Qıza görə dostlarım da çəkilir, çoxalır otel otaqlarında şəklim Artıq mənə fərq eləmir, birgə qalır onla ünvanlarında hər kim Belə olmağın istəməzdim, istəməzdim mən, düzü, heç özüm də Parıldamır daha baxışlarım, çoxdan batıbdır günəşim üzümdə Keçmişə baxmıram üzrlə Qopmur "darıxmışam" cümləsi könüldən Həyatın çətinliyindən danışan dostlarının, de, neçəsi üzləşib ölümlə? O bağlı qapıların heç birin açmamışam sənlə Unutmuşam gülüşünü, necə olursan güləndə? Qaçdım boş şeylərin uğruna, çox yoruldum mən də Çox dirəndim, çox dözdüm sənə, heyif, alınmadı yenə də Axtarma, bir də məhəllənizdə gözləyən deyiləm saatlarla Əsəbi, yalqız, nifrətini tökür gecə "WhatsApp"da "stat"larına Həyatın xeyli monoton gedirsə, qar yağdırım uca dağlarına Sən bir gün çıxıb gedəndə bu şəhərdən Kim dolacaq çamadanlarına? Bir yolu seç, bax, mənə görə heç nəyin Bir önəmi yox, tez qayıdaram, sanma Danışarıq, amma Deyiləcək bir sözün qalsaydı üzümə qarşı Əhval sayrışır, nə pis, nə yaxşı Gecələrinsə gündüzlərimə qarışıb Bir-iki düz söz danış, amma tez süz Məni sənə çəkirlər Fırlanır fikirlər Ağlımda Amma aramızdakı fərqi sezdim Dedin, sevərəm, eşq mənçün heçdir Qoyduğun hörmətin bir qədəri yetdi Necə oldusa, həyatıma gəldin, getdin Daxilimdə çox düşündüm, açığı, bəzi qərarlar aldım İndiyə qədər yaxşı insan idimsə İndidən sonrası marağıma qalıbdır Mənim üçün heç bir şey ifadə eləmir bəzi məqamlar artıq Bir ovuc xoşbəxtliyim var idi Onu da həsrətinin yollarında dağıtdım Daha düzəlmə ehtimalı olmayan heç nəyə görə ümidlənmirəm Kefimin yaxşılaşmağına səbəb ola bilməyəcəklər yaxınlaşmasın Sənçün mən və ya başqası, mənçün tək sən idin yeganə seçimim Heç kimə keçmərəm dеdiyim şeylərin, inan, bir çoxun sənə keçdim Öyünürmüş kimi başa düşmə məni, birbaşa minnət qoyuram Mən də gərgin idim, açığı, narahat edirdi yaranan hər bir çətinlik Yavaş-yavaş еqon parıldamağa başladı, olmadı birdən soyumaq Söhbət yaxşı insanlardan açılanda ilk özünü misal gətirdin Həyatda tək uğuru məni tanımaq olan insandır Danışır öz aliliyindən Kafe, restoran, gəzib-dolan "Insta"da filan qeyri-adi geyimlər Məndən çox özündən razıdır, bilmirəm Səhv, ya düzləri hansıdır Sonunda tanış olduq və mənə göstərdi Görə biləcəyim üzlərin hamısını Bir yolu seç, bax, mənə görə heç nəyin Bir önəmi yox, tez qayıdaram, sanma Danışarıq, amma Deyiləcək bir sözün qalsaydı üzümə qarşı Əhval sayrışır, nə pis, nə yaxşı Gecələrinsə gündüzlərimə qarışıb Bir-iki düz söz danış, amma tez süz Məni sənə çəkirlər Fırlanır fikirlər Ağlımda Amma aramızdakı fərqi sezdim Dedin, sevərəm, eşq mənçün heçdir Qoyduğun hörmətin bir qədəri yetdi Necə oldusa, həyatıma gəldin, getdin
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out