Music Video

BadClause — Günlər Var İdi (Rəsmi Musiqi Videosu)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Performer
COMPOSITION & LYRICS
Şahin Əlizadə
Composer
Mirmövsüm Əhmədov
Songwriter

Lyrics

Vaxt var idi, günlər var idi, pula pul deməyən adamlar idik Bir vaxt ətrafım dostlar idi, indi yoxdur, elə belə də olmalı idi Üç nəfər qalıb o vaxtdan mənə, dörd dost, dörd ürək, ummadan mədəd Sağ günlərin qədrin bilmirdim sağlıqlara qaldırmadan qədəh Eşidilirdi qübbədən azan, doldururdu güllər hər məzarı Səbəbim yox şübhələrimə dair, başa sala bilməz cümlələr də daha Çox günəşli günlər gördüm kölgəmə yoldaş, mən zülmətəm bu saat Sonumu gətirməz ... ya da başqa bir şey, gətirər uzağı güllələnmə zad Kimsəsiz donub ölməkmi yaxşıdır, yoxsa kim üçünsə bir qədər yanmaq? Ədalət axtarmıram, artıq rahat haqsızlığa dinmədən yatmaq Tək idim, nə zəng edənim oldu, nə də yaxınlaşdı bir nəfər yanıma Başımla cavabdeh olduqlarım var idi, itirib başın iynə-dərmandan Heç vaxt heç kimi dəyişməyə çalışmadım, sevirdim olduqları kimi Məni tərk edən dostlarımı eyni yerdə gözlədim qoyduqları kimi Yaşıd deyiləm yaşıdlarımla, dolmadım onlar yaşa dolduqları kimi Böyük ehtimal ki, sonluq yaşamamışam yaşatdığım sonluqlar kimi Pərdələr açıq, tamaşa, səhnələr ağır Çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır Üzümə-gözümə qəm yaxıb, özümə güzgüdən baxıb Anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb Pərdələr açıq, tamaşa, səhnələr ağır Çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır Üzümə-gözümə qəm yaxıb, özümə güzgüdən baxıb Anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb Dövr o dövr idi biz gələndə Sonra gördük ağac var, daddıq almasından Neçə hürr gənc çürütdü ömrünü ziyan edib illərlə parta arxasında!? Nə öyrəndik? Nələr unutduruldu bizə? Yadda saxlasaq da, qalmaz De ki, qıraq bu zəncirləri, edək, ağlında hər nə varsa ağlasığmaz Çıxanda nəyisə götürüb gedibdir, qəlbimə kim eyləyibsə hüzur Nə hansısa əməldə əskik lüzum, nə masamda əskik olub çörək-duzum Dostumun dostu olmadığımı biləndə anladım, düşüncəmdədir qüsur Başını burax, sonra oturub danışarıq uzun-uzun Ölkədən kənarda tək idim, gələn olaydı o vaxt kaş yanıma Hamısı bircə-bircə şərait yaratdı yanlarından uzaqlaşmağıma Arxamca danışıblar, amma həmişə gülər üzlə mən olmuşam çağıran İndi salam-sağ ol da yoxdur, şükür, aram da qalmayıb o uşaqlarla Dərdimi danışa bilmədim, baxırsan, dörd bir yanım insan Yazmağa başlayanda bu qədərini gözləmirdim, məni ki sən anlayırsan Ən içdən hisslərlə yazdım, nə yazdımsa, qələm yükü daşıyır sağ Miriylə çox da aran olmaya bilər Amma BadClause-u, yəqin ki, tanıyırsan Pərdələr açıq, tamaşa, səhnələr ağır Çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır Üzümə-gözümə qəm yaxıb, özümə güzgüdən baxıb Anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb Pərdələr açıq, tamaşa, səhnələr ağır Çəkirəm intizar, illərdir, vərəqə cümlələr axır Üzümə-gözümə qəm yaxıb, özümə güzgüdən baxıb Anladım, ötən keçib, keçən ötüb, özümə bir mən qalıb
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out