Music Video

BadClause — Monoxrom (Rəsmi Musiqi Videosu)
Watch {trackName} music video by {artistName}

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Performer
COMPOSITION & LYRICS
Seven South
Seven South
Composer
Mirmövsüm Əhmədov
Songwriter

Lyrics

Özümdən qoparıb özlüyümü yeni bir mən yaratdım Hər addım təkliyə yönəlir, tərk edişlər hər addım Sükutum sualımdan çox, həyatımı nələr qaraltdı Ən düzünü baxışlar danışır, qalanı əhvalatdır Gecikdim, ötürdüm xoşbəxtliyin tələsən qatarı Aldı birisi gecələrimi, itirdi səhərlər marağını Damdı tavanlar ağlımdan, oldu qəlb bataqlıq Nə özüm kimi axmaq, nə də onun kimi tanıdım Çox tanış yaxınıma döndü, gərək, elə tanış qalardıq İkiüzlü insanlar gör və buna alış davamlı Küsüb getdiyim dövrlərin yerini barışmaq aldı Dərddən başqa səbəb yox aldığım alqışla bağlı Köz basa bilən yoxdur qəlbimə, qəlb daşdan artıq Üzümdə soyuq ifadə, başqa cür idim başqa vaxtı Xəlvət ağladım, qaynar yanaqlara buz yaşlar axdı Nə qədər böyük düşündüm, böyümədim olduğum yaşdan artıq Dedi, get, gedişinə gözüm alışıb Heç nə yolunda deyil içi mən qarışıq Qaranlıq səma, yox o oyadan işıq Nə qədər olar arzuları suya danışım? Dedi, get, gedişinə gözüm alışıb Heç nə yolunda deyil içi mən qarışıq Qaranlıq səma, yox o oyadan işıq Nə qədər olar arzuları suya danışım? Azaldım azaldıqca, tükəndim tükəndikcə Elə bil, torpaq da daşa dönürdü mən hər gül əkdikcə İçində olduğum vəziyyət ağır, məqamlar qarışıq Həyatıma daha da pox qoyurdum nəyisə düzəltdikcə Yazdıqca yazdım, kədərim artdı, track çoxaldı Üslub eyni, məna azalır, həmin o cümlələr yox artıq Qalmadıq uşaqlıqda, yox həyəcan, həvəs qurtardı Hər hekayə istəyən həyatımdan qoşa vərəq qopardı Fikirli, gərgin halım yenə dağlar çəkir sinəmə Hisslərim nədənsə ayırd edə bilmədi qarayla ağı Zaman ötdükcə isə daha da gülünc gəlirdi mənə Başqalarına sevgidən danışıb, özümün bacarmamağı Necə boğulmayım axı, bu ev belə mənə zindandırsa? Ağlıma hər gəlib gedən köksümə bir iz saldı, say Kiminə bir insan yaxın, kiminə bir insan uzaq Səni gözlərəm, əgər ki bura gələcəyin ilk ünvandırsa (Danış!) Çəkinmə, doğma bildiyin otaq o otaqdırsa Rahatla, fikirləş, indi kimsən, nəsən, ya hansısan? Sanma, intizar asan, bir təbəssümünü yadına sal Gəl, yenə gülümsə mənə, mən də gülərəm, halım o haldırsa Yuxuma şər qarışdı, bəs eləmədimi ahu-zarım? Utan! Beynim oyan deyir elə, bu qədər yatdın, 6 saat, qurtar Səhər-axşamlarım eyni artıq, yalnızam, uzaq Onsuz hər gecə şam yandırıram, gəlib arzu zad tuta Dedi, get, gedişinə gözüm alışıb Heç nə yolunda deyil içi mən qarışıq Qaranlıq səma, yox o oyadan işıq Nə qədər olar arzuları suya danışım? Dedi, get, gedişinə gözüm alışıb Heç nə yolunda deyil içi mən qarışıq Qaranlıq səma, yox o oyadan işıq Nə qədər olar arzuları suya danışım?
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out