Featured In

Credits

PERFORMING ARTISTS
BADCLAUSE
BADCLAUSE
Performer
COMPOSITION & LYRICS
Şahin Əlizadə
Composer
Mirvövsüm Əhmədov
Songwriter

Lyrics

Mən həmənki yazan adam, sən həmənki şeir Münasibət çox dəyişibdir, daha əvvəlki deyil İllər ötsə də belə, hələ də məyus, yolumuz eyni Səndən özgə hər mübtədaya məchul oldu felim Ötüb keçdi geridə qalan 3 il Və yadıma düşdükcə darıxacaqdım Darıxırdım... Halım acınacaqlı Başa düşərsən yəqin məni, sənin də səbrin tükənib Sübhdən uzaq, nəfəs dərirmiş kimi dərirəm gecəni Məni yorur eyni həyat, sıxıcı, monoton Eyni gün, güzəran eyni, halım eyni, əhval eyni Hər gün ayrı ahı geyinsə belə ruhum Ehtişamı eyni dərdin Bitməz-tükənməz, özümə yükəm mən Yazmadıqca yadırğasam da Hər dəfə məsum baxışlara görə səni bağışlasam da Ətrafımdan iyrənib, insanlardan iyrənib Otağıma qapansam da, çarəsi yox bəzi şeylərin Məni yada salmasan da, üzümə baxmasan da Sevgimi anlamasan da, bir oda yanmasaq da Gecələr qəhərlənib başqasıyçün ağlasan da Hamı getsə belə, sonda yanında mən olacam Məni yada salmasan da, üzümə baxmasan da Sevgimi anlamasan da, bir oda yanmasaq da Gecələr qəhərlənib başqasıyçün ağlasan da Hamı getsə belə, sonda yanında mən olacam Tanıdığım gündən eyni, səbirsiz və ərköyünsən Çox haqsızlıq elədin, susdum, təki sən gülümsə Hər dəfə yanıma gəlsən belə düşdüyün hər düyündə Ürək sözlərimi eşitmədin şəhərin səs-küyündən Səni bəzən səhv salıram içimdəki tənhalıqla İkiniz də eyni, təklik və səssizlikdən ibarət Ölümünə vurğunam sənə bütün səhvlərinin acığına Hətta alıb verdiyim nəfəs də sənə ithafən Nə vaxtsa məni anlamasan, ürəyinin səsini dinlə Bu günə kimi dərdim olmayıb sevmək, nə sevilmək Yanımda olmağın istədim, olsa da çətinliklə Məncə xoşbəxt olmaq üçün sənə bəs idim mən Artıq günlərim aydın deyil, nə gecəm xeyrə Dəqiqələr ötüb keçir, çoxalır məni üzən şeylər Nə qədər ölsə də yaşam sevincim, incitsən də məni Tək qalmaq istəsən belə, heç yerə gedən deyiləm Məni yada salmasan da, üzümə baxmasan da Sevgimi anlamasan da, bir oda yanmasaq da Gecələr qəhərlənib başqasıyçün ağlasan da Hamı getsə belə, sonda yanında mən olacam Məni yada salmasan da, üzümə baxmasan da Sevgimi anlamasan da, bir oda yanmasaq da Gecələr qəhərlənib başqasıyçün ağlasan da Hamı getsə belə, sonda yanında mən olacam
Writer(s): Mirvövsüm əhmədov, şahin əlizadə Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out